Rusiya XİN: Bir həftədə Ukrayna hücumları nəticəsində 57 nəfər ölüb

Rusiyanın Xarici İşlər Nazirliyi iyulun 20–26-sı tarixləri arasında Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 57 mülki şəxsin həlak olduğunu, 435 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığını açıqlayıb.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat verib. Onun sözlərinə görə, yaralananlar arasında 14, həlak olanlar arasında isə 7 azyaşlı var.

Miroşnik bildirib ki, qeyd olunan müddətdə Ukrayna qüvvələri Rusiya ərazisinə 7195-dən çox sursat atıb. O, həmçinin yanacaqdoldurma məntəqələrinə hücumların intensivləşdiyini, zərbə endirilən 20 yanacaqdoldurma məntəqəsinin əksəriyyətinin Belqorod və Kursk vilayətlərində yerləşdiyini iddia edib.