Rusiyada işləyən və işləməyən pensiyaçıların pensiyaları arasındakı fərq 30 faiz azalıb

Rusiyada işləyən və işləməyən pensiyaçıların orta pensiya məbləği arasındakı fərq son bir ildə 30 faiz azalıb.

Sherg.az xəbər verir ki, bu barədə TASS Rusiyanın Sosial Fondunun məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin may ayında işləyən və işləməyən pensiyaçıların orta pensiyaları arasında fərq 2 908 rubl təşkil etdiyi halda, 2026-cı ildə bu göstərici 2 118 rubla enib.

Məlumata əsasən, 2026-cı il mayın 1-nə olan vəziyyətə görə, işləyən pensiyaçıların orta aylıq pensiyası 23 721 rubl, işləməyən pensiyaçıların orta aylıq pensiyası isə 25 839 rubl təşkil edib.