Rusiyadan yeni ballistik raketlər: “ABŞ-ı vura bilər” – “Rənglər” tündləşir !
Banuçiçək Kalbalıyeva
16:14 12.02.2021
Dünya
684
Rusiya xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində maraqlı məqamlara toxunub. O, həmçinin ABŞ-la münasibətlərdən danışıb. Nazir deyib: “Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində...” Rusiya XİN başçısı, həmçinin ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: “Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var».
Görünür, “iki qoçun başı bir qazanda qaynamaz” misalı heç də əbəs deyilmş. Biz bunu dünya ölkələrinin timsalında da görürük.
Politoloq Natiq Miri Rusiya- ABŞ münasibətlərinə dair “Sherg.az”a danışarkən Lavrovun fikirlərini təsdiqlədi:
“Baydenin Ukrayna ilə əlaqələri məlumdur. Və sirr deyil ki, ABŞ-ın yeni prezidenti Ukraynanın torpaqlarını işğal edən Rusiyaya qarşı sanksiyaları davam etdirəcək. İkinci bir tərəfdən hər iki dövlətin maraqları Suriya və Liviyada toqquşur. ABŞ dövlət katibi türk və rus qoşunlarının Suriyadan təcili çıxmasını tələb edir.
Həmçinin Kremlin Qara dəniz bölgəsində hegemonluğunu təmin etmək istəyi münasibətləri daha da ziddiyətləşdirir. Onu da deyim ki, Rusiyanın havadan müdafiə sistemlərini ABŞ-ın strateji müttəfiqlərinə satması onu daha çox narahat edir. NATO üzvü olan Türkiyə S-400-ün ikinci partiyasını almaq üçün ruslarla danışıqlar aparır. Çünki S-400 F-35-i kölgədə qoya bilər”.
N.Miri, həmçinin münasibətə təsir göstərən başqa məqamları da sadaladı:
“Bildiyiniz kim, Rusiyada yeni ballistik raketlər istehsal olunur. Həmin silahlarla ABŞ-ın istənilən nöqtəsini vurmaq mümkündür. Şübhəsiz ki, həm bu, həm də Rusiya - Çin birliyi Bayden administrasiyasını narahat edir.
Ona görə də Rusiyada siyasi hakimiyyətin dəyişilməsinə çalışılacaq. ABŞ Navalninini dəstəkləyir və bunun üçün Rusiya siyasi hakimiyyətinə sanksiyalar tətbiq edir. Hətta Rusiya daxilində ictimai- siyasi vəziyyəti dəyişdirmək üçün ABŞ ciddi fəaliyyətə başlaya bilər.
Kremli indi daha mürəkkəb münasibətlər gözləyir. Bütün bunları isə Lavrov yaxşı görür».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə