Rusiyalı hərbçilər Mariupoldan 5000-ə qədər uşağı çıxarıblar
Yusif Nəzərli
10:00 18.04.2022
Dünya
670
Rusiyalı hərbçilər Mariupoldan 5000-ə qədər uşağı çıxarıblar.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Mariupolda vəziyyət çox ağırdır.
“Rusiya hakimiyyətinin və rusiyalı hərbçilərin Mariupola qarşı qəddarlıqları ayrı mövzudur. Burada iki mürəkkəb komponent var. Birincisi, mülki əhali ilə bağlıdır. Orada nə qədər insanın öldüyünü heç kim bilmir və kim sizə dəqiq rəqəm desə, bu, ağ yalan olacaq. Bizim sayəmizdə yüz min nəfər çıxarılıb. On minlərlə insan Rusiya Federasiyasına aparılıb, onların taleyindən məlumatsızıq, onların arasında minlərlə uşaq da var”, - deyə prezident bildirib.
Zelenskinin sözlərinə görə, Mariupolda qalan mülki şəxslərin də sayı dəqiq məlum deyil.
“Bəzi məlumatlara görə, 50-60 mindən çox, digər məlumatlarda isə 100 min göstərilir. Həmçinin eşitmişik ki, bu şəhərdən 5000 uşaq Rusiya tərəfinə deportasiya olunub. Çünki onların Ukraynanın nəzarətində olan əraziyə daxil olmasına icazə verilməyib. Biz bu uşaqların başına nə gəldiyini, harada olduqlarını bilmirik. Heç kim bilmir”, - deyə dövlət başçısı əlavə edib.
Xatırladaq ki, aprelin 17-də Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova RF mediasının məlumatına əsaslanaraq, 153 mini uşaq olmaqla 808 min ukraynalının qanunsuz olaraq Rusiyaya aparıldığını xəbər vermişdi.
Mənbə: UNİAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı