Regionda vəziyyət tam sabitləşsə, rusiyalı mütəxəssislər İrandakı Buşehr Atom Elektrik Stansiyasına (AES) bu ayın ortalarında qayıda bilərlər.
Axar.az xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev deyib.
“Hazırda AES-də vəziyyət sabitdir. Belə davam edərsə, iyulun ortalarında bir neçə rusiyalı mütəxəssis orada yenidən işə başlaya bilər”, - A.Lixaçev qeyd edib.