Kurqan bölgəsində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə vilayət administrasiyasından məlumat verilib.
“24 iyun tarixindən etibarən yanacaqdoldurma məntəqələrində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Yaşayış məntəqələrində hər nəqliyyat vasitəsi üçün 40 litrə qədər benzin və 80 litr dizel yanacağı satılacaq. Yanacaqdoldurma məntəqələrində bidonlara yanacaq doldurmaq qadağandır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ukraynanın neft emalı zavodlarına hücumları səbəbindən işğal altında olan Krım da daxil olmaqla, Rusiyanın bir çox regionlarında yanacaq problemləri yaranıb.