Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb- YENİLƏNİB

Rusiyanın gecə Kiyevi atəşə tutması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Sherg.az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib.

"Təəssüf ki, Rusiya hücumu nəticəsində ölənlərin sayı 15-ə çatdı", -o yazıb.

Daha əvvəl 9 nəfərin həlak olduğu və 46 nəfərin yaralandığı məlum idi.

Qeyd olunur ki, iyulun 6-na keçən gecə Rusiya qoşunları hava hücumları üçün rekord sayda - 419 vasitədən (68 raket və 351 PUA) istifadə edərək Ukraynaya kütləvi zərbələr endirib. Zərbənin əsas istiqaməti Kiyev olub.

Bəyanatda bildirilib ki, hava hücumundan müdafiə qüvvələri 363 hədəfi (326 pilotsuz uçuş aparatı və 37 qanadlı raket) məhv edib, lakin müvafiq raket əleyhinə vasitələrin kəskin çatışmazlığı səbəbindən ballistik raketləri vurmaq mümkün olmayıb.

17:45

Rusiyanın hücumundan sonra Kiyevdə ölənlərin sayı 14-ə, yaralananların sayı isə 56-ya çatıb.

"Unian"ın məlumatına görə, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında bildirib.

Hazırda 14 nəfərin həlak olduğu, 56 nəfərin isə yaralandığı təsdiqlənib.

Hadisə yerlərində işlər davam edir.