Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi

Ukrayna Silahlı Qüvvələri işğal edilmiş Krım yarımadasında Saki aerodromunun dispetçer qülləsini və zərbə dronlarının idarə olunması üçün istifadə edilən retranslyatoru vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah qeyd edib ki, bu obyektlərin vurulması Rusiyanın hərbi aerodromun fəaliyyətini təmin etmək və zərbə PUA-larını idarə etmək imkanlarını zəiflədir.