Odessa sahillərində Rusiyanın raket zərbəsi nəticəsində zədələnmiş Türkiyəyə məxsus "GOLDEN LEO" yük gəmisi batıb.
Sherg.az Modern.az-a istinadən xəbər verir ki, gəmi bir həftə əvvəl Rusiyanın raket hücumu nəticəsində ciddi zədələnmişdi.
Məlumata görə, gəminin göyərtəsində hələ də qarğıdalı yükü qalır. Gəminin batdığı ərazidə dənizin dərinliyi 22-24 metr təşkil edir.