Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu

Ukrayna Silahlı Qüvvələrinin gecə saatlarında Rusiyanın bir sıra bölgələrinə hücum etdiyi bildirilir.

Sherg.az xəbəbər verir ki, Rostov vilayətinin Taqanroq şəhərinə raket hücumu nəticəsində Ozon anbarına, yaşayış evlərinə, təhsil müəssisəsinə və digər obyektlərə ziyan dəyib. Bir neçə ərazidə yanğın baş verib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

Samarа vilayətində isə 40-dan çox pilotsuz uçuş aparatının vurulduğu açıqlanıb. Hücum nəticəsində sənaye müəssisələrindən birinə və bir neçə yaşayış obyektinə ziyan dəyib.

Hadisə ilə bağlı ərazilərdə operativ xidmətlər fəaliyyət göstərir.