Rusiyada alkoqol istehlakı son 30 ilin ən aşağı səviyyəsinə enib. Avqustun nəticələrinə görə, adambaşına düşən təmiz spirt istehlakı 7,52 litr təşkil edib. Bu, 1996-cı ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Sherg.az xəbəbər verir ki, ekspert Maksim Çerniqovski azalmanı əsasən alkoqol və aksizlərin bahalaşması, bazara nəzarətin sərtləşdirilməsi, həyat tərzinin dəyişməsi və nəsillərin yenilənməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, gənclər ənənəvi olaraq araq və digər yüksək dərəcəli içkilərə daha az üstünlük verirlər. Eyni zamanda, araq istehlakı azalsa da, pivə, şərab və kokteyllərin payı artır.
Çerniqovskinin məlumatına görə, 1995-ci ildə Rusiyada 284,8 milyon dekalitr araq və digər spirtli içkilər satıldığı halda, 2025-ci ildə bu göstərici təxminən 92 milyon dekalitrə düşüb.