Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır

NATO-nun baş katibi Mark Rütte Ağ Evin İran məsələsində Avropalı müttəfiqlərin mövqeyindən narazı olduğunu bildirib.

Bu barədə o, "Handelsblatt" qəzetinə müsahibəsində danışıb.

Rütte bildirib ki, Vaşinqtonda Avropanın İran məsələsinə münasibəti ilə bağlı müəyyən məyusluq var. O əlavə edib ki, ABŞ-a Avropanın mövqeyinin ümumi mənzərəni əks etdirmədiyini izah etməyə çalışıb.

Baş katib qeyd edib ki, Avropa ABŞ üçün qüvvələrin yerləşdirilməsi baxımından əsas platformadır. Onun sözlərinə görə, ABŞ hərbi təyyarələri Avropadakı bazalardan 5 minə yaxın uçuş həyata keçirib və bu da Vaşinqtonun Avropa ilə ittifaqda maraqlı olmasının əsas səbəblərindən biridir.

Rütte həmçinin Donald Trampın NATO-nun güclü qalmasında mühüm rol oynadığını bildirib və qeyd edib ki, onun dövründə Kanada və Avropa ölkələri müdafiə xərclərini artırmağa başlayıblar.