Şahbaz Şərif: Tramp Asiyada müharibənin qarşısını aldı
22:22 26.09.2025
Dünya
416
ABŞ Prezidenti Donald Trampın Pakistan-Hindistan münaqişəsini həll etmək səyləri Cənubi Asiyada genişmiqyaslı müharibənin qarşısını almağa kömək etdi.
Teleqraf xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
"Biz ona (Tramp) və komandasına atəşkəsin əldə edilməsində fəal rol oynadıqlarına görə dərin minnətdarlığımızı bildiririk. Prezident Trampın sülh səyləri Cənubi Asiyada müharibənin qarşısını almağa kömək etdi. O, dərhal və qətiyyətlə müdaxilə etməsəydi, genişmiqyaslı müharibənin nəticələri fəlakətli olardı", - Şərif deyib.
Pakistanın baş naziri həmçinin vurğulayıb ki, İslamabad "bütün həll olunmamış məsələlər üzrə Hindistanla hərtərəfli, əhatəli və nəticəyönümlü dialoqa hazırdır".
Hindistan-Pakistan münasibətləri aprelin 22-də Pahalqamda (Hindistan İttifaqının Cammu və Kəşmir ərazisi) terror aktından sonra pisləşib. Mayın 7-nə keçən gecə Hindistan qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçularla əlaqəli doqquz hədəfi vuraraq Sindoor əməliyyatına başlayıb. Mayın 10-da hər iki tərəf atəşkəs barədə razılığa gəlib və sərhəddə qoşunların sayını azaltmağı nəzərdən keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə