Seçki nəticələrinin ölkəmiz üçün uğurlu olacağına inanıram - Fatih Erbakan
11:29 14.05.2023
Dünya
425
Türkiyənin Yenidən Rəfah Partiyasının sədri Fatih Erbakan ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Fatih Erbakan Ankarada səs verib.
"İlk dəfə bir Partiya sədri olaraq səsvermədə iştirak etdiyim üçün çox xoşbəxtəm. Seçki nəticələrinin ölkəmizə və millətimizə uğurlu olacağına inanıram”,- deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilərdə 3 namizəd iştirak edir.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 5 ildən bir keçirilir.
Bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatacaq.
Xatırladaq ki, ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.
Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.
Ətraflı
Ad - 00:16
Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən may ayının 9-dək səs veriblər.
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.
Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.
Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.
Səsvermə 73 ölkədə və 151 diplomatik nümayəndəlikdə keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm