SEPAH ABŞ-dən qisas alacağını bildirdi

İranın əsas hərbi qüvvəsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 30-da ABŞ-nin Yaxın Şərqdəki obyektlərinə cavab zərbələri endirəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi bəyanatda bildirilir.

Bildirilib ki, İranın bu qərarı Amerikanın onlara etdiyi son gecə hücumlarına cavab məqsədi daşıyır.

Xatırladaq ki, ABŞ ordusu 6 günlük fasilədən sonra iyulun 30-na keçən gecə İranın cənub bölgələrinə yenidən zərbələr endirib.