SEPAH: ABŞ qırıcılarının yerləşdiyi məntəqə məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün səhər 12 ballistik raketlə ABŞ-a məxsus F-35, F-15 və F-16 qırıcılarının yerləşdiyi məntəqələri hədəfə aldığını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH bu addımın ABŞ-ın Əlborz vilayəti və Tehran vilayətinin Vəramin şəhərinə raket hücumlarına cavab olduğunu bəyan edib.

Həmçinin SEPAH Əl-Əzraq hava bazasında yerləşən mühüm hərbi obyektləri və komandanlıq-idarəetmə mərkəzini hədəfə aldığını bildirib.

SEPAH qeyd edib ki, hücum nəticəsində həmin obyektlər və çoxlu sayda qırıcı təyyarə məhv edilib.