Şərait yetişib! – “Rusiya zəifliyini qəbul edib sülh masasına oturacaq”
Yusif Nəzərli
13:40 14.04.2022
Dünya
1078
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putin və Ukrayna rəhbəri Volodimir Zelenskinin görüş ehtimalından bəhs edib.
O, bunun Moskva rəhbərinin qərarından asılı olduğunu bildirib:
“Bu, hər iki liderin, xüsusilə Putinin “hə” deməsindən asılıdır. Əslində, o, “yox” deməyib. Doğrudur, son günlər baş verənlər gərginliyi bir az da artırıb. Tərəflərin görüşməsi üçün tələblər arasındakı fərq azalmalıdır. Bu istiqamətdə isə səylər davam edir”.
M.Çavuşoğlu həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı və ukraynalı həmkarları arasında telefon danışığının baş tutacağını söyləyib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev vurğulayıb ki, burada iki əhəmiyyətli məqam var:
“Birincisi Putinlə Zelenski görüşüb müharibəni bitirə bilər. Əsas məqam ondan ibarətdir ki, Ukrayna rəhbəri tələsmir. Deyir ki, biz hələ Rusiyaya bir neçə böyük məğlubiyyət yaşatmalıyıq ki, onlar bunu bitirməyə hazır olsun. Düşünürəm ki, Zelenski, xüsusilə, “Moskva” kreyseri vurulandan sonra artıq şəraitin yetişdiyini, şimal qonşumuzun geri addım atacağını və öz zəifliyini qəbul edib sülh masasına oturacağını düşünür”.
Politoloq Türkiyənin rolunu izah edib:
“İkinci məsələ ondan ibarətdir ki, prezidentlərin görüşünü Çavuşoğlunun dilə gətirməsi çox önəmlidir. Çünki Türkiyə Kreml hakimiyyəti və Ukraynanı istər Antalya Diplomatiya Forumunda, istər daha fərqli məcralarda bir araya gətirərək dünyada öz sözünü deyən sülh yaratma missiyası olan hətta Rusiya kimi ölkəni belə barışığa dəvət edə biləcək ölkə olduğunu nümayiş etdirib. Türkiyə artıq dünyada əsaslı rola malikdir. Hər iki ölkəni bir araya gətirə, barışdıra bilər. Hansı ki, bunu nə Qərb, nə də Avropa dövlətləri bacardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı