Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verib.
Sherg.az xəbər verir ki, Vuçiç istefa qərarını açıqlayıb və bundan sonra prezident səlahiyyətlərini Milli Assambleyanın sədri Ana Brnabiçin icra edəcəyini bildirib.
Vuçiçin sözlərinə görə, Serbiyada prezident seçkiləri dekabrın sonunadək keçirilməlidir. O, oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində Serb Tərəqqi Partiyasının (SNS) siyahısından iştirak edəcək.
Ana Brnabiç isə yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini icra edəcək.