“Sevgi və ümid hədiyyəsi”: Maduro həbsxanadan nəvələrinə fotolarını göndərib

Venesuela Prezidenti Nikolas Maduro həbsxanadan nəvələrinə fotolarını göndərib.

Sherg.az xəbər verir ki, Maduro sosial şəbəkə X-də paylaşdığı fotoları nəvələrinə, övladlarına və onları sevən insanlara “kiçik sevgi və ümid hədiyyəsi” adlandırıb.

Fotoların 25 iyunda çəkildiyi, lakin avqustun 30-da yayımlandığı bildirilir. Kadrlarda Maduro boz idman geyimində gülümsəyir və xeyli arıqlamış görünür.

Xatırladaq ki, ABŞ yanvarın 3-də Venesuelaya hərbi zərbələr endirib, Maduro və həyat yoldaşı Seliya Flores saxlanılaraq Nyu-Yorka aparılıb. ABŞ hakimiyyəti onları narkoterrorizmlə əlaqədə ittiham edib. Venesuelada prezident səlahiyyətlərini isə keçmiş vitse-prezident Delsi Rodriqes həyata keçirir.