Şotlandiyanın paytaxtı Edinburqda məscid yaxınlığında bir şəxsin hücumu nəticəsində beş nəfər xəsarət alıb. Hücum edən şəxs 36 yaşlı şotlandiyalıdır. O, balta ilə silahlanıbmış.
Axar.az xəbər verir ki, “BBC”nin məlumatına görə, həmin şəxs saxlanılıb.
Hadisə iyunun 19-u axşam saatlarında Edinburqun qərbində yerləşən Brumhaus məscidinin yaxınlığındakı parkda baş verib. Hücum edən şəxs daha sonra yanacaqdoldurma məntəqəsində dağıntılar törədib, avtomobilin şüşələrini sındırıb və pizzaxananın qapısını qırıb.
Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Onlardan ikisinin 22, digərlərinin isə 24, 27 və 39 yaşı var. Zərərçəkənlərin bəziləri müsəlmandır.