Stoltenberq: “NATO-nun müttəfiqləri Rusiyanın apardığı amansız müharibəni pisləməkdə həmrəydir”

NATO Baş katibi Yens Stoltenberq və Macarıstanın Baş naziri Viktor Orban arasında telefon danışığı olub.
Bu barədə Y. Stoltenberq öz “Twitter” səhifəsində məlumat verib.
“Macarıstanın Baş naziri Viktor Orbanla telefon əlaqəsi saxladım. NATO müttəfiqləri Rusiyanın müstəqil, suveren xalqa qarşı apardığı amansız müharibəni pisləməkdə həmrəydir”, - NATO Baş katibi qeyd edib.