Suriya lideri Şara BMT kürsüsündən səsləndi: İsrail Suriyadan çıxmalıdır

Suriya Prezidenti Əhməd Şara BMT Baş Assambleyasındakı çıxışında İsrailin Suriyadan çıxmalı olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Şara İsrailin işğal etdiyi Colan təpələrinin Suriya ərazisi olduğunu vurğulayıb və beynəlxalq hüquqa çağırış edib.

Suriya lideri ölkədə bütün dövlət xidmətlərinin vətəndaşlara bərabər şəkildə göstərilməsini, hüququn aliliyinin təmin olunduğunu qeyd edib.

“Keçmiş günlərə qayıtmaq istəmirik. Suriya geri qayıtdı”, - deyə Şara bildirib.