Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasından deputat Tengiz Şarmanashvili ABŞ konqresmeni Co Uilsonun Gürcüstan nümayəndə heyətinin İrana səfəri ilə bağlı ittihamlarını biabırçı adlandırıb.
Sherg.az xəbər verir ki, deputat bildirib ki, İranla əlaqələr diplomatik xarakter daşıyır və ABŞ-la münasibətlərə təsir göstərmir. Onun sözlərinə görə, Gürcüstan İrana Ermənistan və Azərbaycan kimi digər ölkələrlə eyni məqsədlə səfər edir.
Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin İranda keçiriləcək rəsmi mərasimdə iştirak edəcəyi gözlənilir. İran tərəfi tədbirə 100-ə yaxın ölkədən nümayəndələrin qatılacağını açıqlayıb.