Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybi məhkəmə iclaslarına qədər həbsdən azad edilməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Məlumatına əsasən, Norveç məhkəməsi qərara alıb ki, anası, vəliəhd şahzadə Mette-Maritin səhhətindəki ağır problemlərə rəğmən, təqsirləndirilən şəxs evə buraxıla bilməz. Apellyasiya məhkəməsi belə bir qənaətə gəlib ki, "Höybi azadlığa çıxacağı təqdirdə təkrar cinayətlər törətmə riski olduqca yüksəkdir".
Xatırladaq ki, Höybi fevraldan həbsdədir və ona qarşı dörd qadına cinsi zorakılıq da daxil olmaqla, ümumilikdə 40 fərqli epizod üzrə ittihamlar irəli sürülüb. Prokurorluq onun yeddi il yeddi ay müddətinə azadlıqdan məhrum olunmasını tələb edir.