Tehranın şərti var: "Tramp sanksiyaları ləğv etsin..."
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, bu müqavilə qarşılığında ABŞ İrana qarşı sanksiyalarından imtina etməlidir:
“Əgər Tramp xidmət qarşılığında xidmət istəyirsə, biz əlavə protokol təsdiqləyə, o isə tətbiq etdiyi sanksiyaları ləğv edə bilər. Sanksiyaları ləğv edin və siz əlavə protokolu 2023-cü ildən əvvəl əldə edəcəksiniz”.