"The Jerusalem Post: Türkiyənin Qəzza və Suriya planlarına “yox” demək çətinləşir

"The Jerusalem Post" yazır ki, İsrailin Türkiyənin Suriya və Qəzza zolağındakı layihələrdə iştirakına “yox” demək imkanları getdikcə azalır.

Sherg.az xəbər verir ki, qəzetə görə, ABŞ Prezidenti Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğana yaxın münasibəti Tel-Əvivin manevr sahəsini məhdudlaşdırır. İsrail Türkiyənin Qəzzada beynəlxalq sabitlik qüvvəsində yer almasını əngəlləməyə çalışsa da, seçimlərinin azaldığı bildirilir. ABŞ vasitəçiliyi ilə Parisdə başlayan Suriya-İsrail danışıqlarında isə Suriyanın işğal olunan ərazilərdən geri çəkilmə tələbi gündəmdədir. Bundan əlavə, İranın Suriya Prezidenti Əhməd Şaraya qarşı sui-qəsd planladığı iddiası da irəli sürülüb.