Hətta proses dünya müharibəsinə qədər gedib çıxa bilər
Vaşinqton üçün əsas məqsəd bu qarşıdurmadan üzüsulu çıxmaqdır
İran və ABŞ arasında qarşılıqlı zərbələr yerini diplomatik təmaslara verib. Lakin davam edən danışıqlara baxmayaraq, regionda hərbi eskalasiya öz aktivliyini saxlayır. İranın Ali rəhbəri Müctəba Xamenei, prezident Məsud Pezeşkianla görüşərək hərbi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. SEPAH və İranın dövlət strukturları vahid mövqedən çıxış edirlər. İran qarşı tərəfə öz şərtlərini qəbul etdirmək üçün ağır tələblər irəli sürüb. SEPAH-ın sözçüsü Hüseyn Möhəbbi bildirib ki, ABŞ administrasiyası İranın bütün şərtlərini qəbul edənə qədər SEPAH Hörmüz boğazını qorumağa davam edəcək. Beynəlxalq mətbuat ABŞ-nin regiondakı hərbi bazalarında ehtiyatların tükəndiyini yazır. ABŞ prezidenti Donald Tramp yayılan məlumatları təkzib edərək, ABŞ-nin sursat ehtiyatının əla vəziyyətdə olduğunu açıqlayıb. Hazırda diqqətlər bu dilemmanın diplomatik razılaşma, yoxsa qanlı qarşıdurma ilə nəticələnəcəyinə yönəlib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, ABŞ Qərbi Asiyadakı mövqelərini ciddi şəkildə itirir:

“İranın Küveyt və Bəhreynı intensiv hücumları nəticəsində, Amerikanın bölgədəki quru qoşunlarının çoxsaylı kontingentinin 80%-i dağıdılıb. Amerika ordusunun bölgədə qalma şəraiti, özünü bərpa etmək imkanları, demək olar ki məhdudlaşıb. Hətta ərazidən tədricən təxliyələrə də başlanılıb. Bəhreyn isə ABŞ-nin 5-ci Donanmasının əsas qüvvələrinə ev sahibliyi edir. Əgər 5-ci Donanmanın bütün infrastrukturu sıradan çıxarılırsa, Vaşinqtonun Fars körfəzində heç bir manevr imkanı qalmayacaq. Amerika rüsvay olmadan Yaxın Şərqi tərk etməlidir. Bölgənin müqəddəratını burada yerləşən dövlətlər öz aralarında danışıqlar vasitəsilə yoluna qoymalıdır”.
Politoloqun sözlərinə görə hazırda ABŞ və İran arasında baş tutan danışıqlar texniki xarakter daşıyır:
“Bu toqquşma ABŞ-nin İrana təsirli zərbələr endirə bilmədiyini göstərdi. Yəni xeyli sayda silah-sursat işlədiblər. Amma nəticə Amerika üçün çox acınacaqlıdır. Təsadüfi deyil ki, Amerika Trampın və Hegsetin dili ilə İranın enerji infrastrukturunu dağıdacaqlarını açıqlayır. Bunu ona görə deyirlər ki, İranın hərbi bazalarını dağıda bilmədilər. Həmin obyektlər yerin altında etibarlı şəkildə sığınacaq taparaq tam gücü ilə fəaliyyətlərini sürdürürlər. İstər istehsalat müəssisələri, istərsə də hərbi texnika və sursat ehtiyatları tamamilə yeraltı infrastruktura inteqrasiya olunub”.
T.Abbasov onu da qeyd edib ki, ABŞ Müdafiəni yara bilməyəcəklərini anlayıb strategiyanı dəyişdi:
“İrandakı enerji sistemlərini, elektrik stansiyalarını, su bəndlərini, dinc infrastrukturu hədəf almağa başladılar. Lakin bu da gözlənilən effekti vermədi. SEPAH vurulan dəmir yollarını və strateji kommunikasiyaları ya cəmi bir neçə günə bərpa edir, ya da dərhal alternativ xətləri işə salaraq hərəkətin kəsilməsinə qətiyyən imkan vermir. Ona görə Qalibaf da deyir ki, ABŞ burada teatr oynayır və danışıqlar bəhanəsi ilə təsirli zərbə endirmək istəyir. Vaşinqton üçün əsas məqsəd bu qarşıdurmadan üzüsulu çıxmaqdır. Bunun üçün isə ABŞ İrana mütləq sanballı bir zərbə vurmalı və “mən qalib gəldim” mesajını verməlidir. ABŞ-nin zərbələri taktiki müstəvidə qələbə təəssüratı yarada bilər, lakin strateji cəhətdən onlar artıq məğlubdur”.
Müsahibin fikrincə, vəziyyətdən sıyrılmaq üçün ABŞ-nin “B planı” var:
“Böyük ehtimalla, dəniz desantını işə salacaqlar. Lakin İran da bəyan edir ki, ərazisinə zərbə endiriləcəyi təqdirdə, Körfəz ölkələrindən bəzilərini hədəf alacaq. Hətta ABŞ-nin regiondakı varlığına son qoymaq üçün həmin ölkələrə quru qoşunlarını yeritmək ehtimalı da istisna edilmir. Belə bir gedişatda çoxsaylı ölkələrin də qatılma ehtimalı yüksəkdir. Hətta proses dünya müharibəsinə qədər gedib çıxa bilər. Bir həqiqət var ki, bu prosesdə Vaşinqtonun resursları məhduddur. Ən başlıcası isə Amerika dünyanın “bir nömrıli gücü” kimi öz eksklüziv statusunu və mütləq üstünlüyünü itirib. Onun zəifləməsi, İsrailin də üzərində qurduğu təhlükəsizlik çətirinin deşildiyini göstərir”.
Politoloqun qənaətinə görə İsrail nə qədər "dağıdarıq, məhv edərik" bəyanatları versə də, İranı təkbaşına çökdürmək gücündə və imkanında deyil:
“Doğrudur, İsrailin aviasiyası güclüdür. İranın hava məkanını ələ almaq iqtidarındadır. Amma İran da İsrailin hava məkanını öz raketləri ilə ələ alıb və onu təsirli bir şəkildə darmadağın eləyə bilər. Çünki hesablamalara görə, İsrailin təxminən 20-25 arası strateji obyekti var. Yəni onları sıradan çıxarmaq, İranın super raketləri üçün elə bir çətin məsələ olmayacaq. İsrail məhz buna görə ayaq saxlayıb. İran da İsriallə bağlı helə ki, heç bir tədbir görmək istəmir. Dalana dirənən diplomatik təmasların və mövcud sakitliyin sonu heç yaxşı ol ".