Tramp bəzi PUA-ların idxalına 100%-lik rüsum tətbiq edib

ABŞ Prezidenti Donald Tramp bəzi pilotsuz uçuş aparatlarının (PUA) və onların komponentlərinin ölkəyə idxalına 100%-dək gömrük rüsumunun tətbiq edilməsinə göstəriş verib.

Sherg.az xəbər verir ki, 100%-lik rüsum maksimal uçuş çəkisi 25 kiloqramdan çox olan PUA-lara, termal görüntü sistemli dronlara və bəzi komponentlərə şamil olunacaq. Çəkisi 25 kiloqramadək olan PUA-lar üçün isə rüsum 25% müəyyənləşdirilib.

Aİ ölkələri, Yaponiya, Cənubi Koreya, Tayvan, İsveçrə və Lixtenşteyndən idxal olunan bəzi məhsullar üçün rüsum 15%-dən, Böyük Britaniyadan idxal üçün isə 10%-dən çox olmayacaq. qərarın milli və iqtisadi təhlükəsizliklə bağlı olduğu bildirilib.