Tramp cinayət məsuliyyətinə cəlb oluna bilər
Tramp cinayət məsuliyyətinə cəlb oluna bilər
Yusif Nəzərli
10:44 19.12.2022
Dünya
473
ABŞ-ın keçmiş prezidenti Donald Tramp cinayət məsuliyyətinə cəlb oluna bilər.
Bu barədə konqresmen Adam Şiff bildirib.
Onun sözlərinə görə, bunun üçün yetərincə əsaslar mövcuddur.
“Keçmiş prokuror kimi bu məsələyə nəzər saldıqda düşünürəm ki, prezidenti ittiham etmək üçün kifayət qədər dəlil var. Zənnimcə, sübutlar olduqca aydındır”, - deyə o qeyd edib.
Şiff deyib ki, keçmiş ABŞ lideri qanun pozuntusuna yol verib. Belə ki, o, rəqibi Co Baydenin qələbəsinin konqresdə təsdiqlənməsinə mane olmağa cəhd edib, həmçinin rəsmilərdən onun lehinə verilən, lakin mövcud olmayan səslərin tapılmasını tələb edib.
Şiff həmçinin vurğulayıb ki, siyasətçi etirazçıları Kapitoliyə istiqamətləndirib. Konqresdə Kapitoliyə hücumu araşdıran xüsusi komitədə yer alan Şiff bunun cinayət olduğu qənaətindədir.
“Əgər bu cinayət sayılmırsa, deməli, heç bir şey cinayət deyil”, - deyə o bildirib.
Xatırladaq ki, Kapitoli binasına hücum 2021-ci il yanvarın 6-da Donald Trampın tərəfdarlarının mitinqi zamanı baş verib. Tərəfdarlar demokrat Co Baydenin dövlət başçısı seçildiyi noyabr səsverməsinin nəticələrini tanımaqdan imtina ediblər.
Etirazlar polislə genişmiqyaslı toqquşmalara səbəb olub. Beş nəfər həyatını itirib, onlarla insan saxlanılıb.
Mənbə: CNN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi