Tramp: İranın ballistik raketlərini tamamilə ləğv etmək ədalətsizlik olardı

"İranın ballistik raketlərini tamamilə ləğv etmək ədalətsiz olardı, çünki Yaxın Şərqin digər ölkələrində də belə silahlar var".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, qarşılıqlı anlaşma memorandumunun mətni artıq yekunlaşdırılıb, lakin imzalanma mərasiminin keçiriləcəyi məkan hələ müəyyən edilməyib.

"İranın ballistik raketlərə malik olmasının tam şəkildə qadağan edilməsi ədalətsiz yanaşma olardı. Yaxın Şərqdəki digər ölkələrin də bu cür silahları var. Ona görə də İranın ballistik raketlərə sahib olmasını tamamilə qadağan etmək düzgün olmaz”, – deyə Tramp qeyd edib.