Tramp İranla bağlı sanksiyaların yumşaldılması barədə xəbərləri təkzib etdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla nüvə proqramı üzrə razılaşma müqabilində sanksiyaları yumşaltmaq və Tehranın dondurulmuş vəsaitlərini açmaq təklifi irəli sürməsi barədə xəbərləri təkzib edib.

Sherg.az xəbər verir ki, Tramp “Truth Social”da Axios-un bu barədə yaydığı məlumatı “yalan” adlandırıb və İrana heç bir təklif vermədiyini bildirib.

Daha əvvəl Axios və CNN ABŞ administrasiyasının nüvə sazişində irəliləyiş müqabilində İrana qarşı sanksiyaların yumşaldılmasını nəzərdən keçirdiyini yazmışdı.

Reuters isə Vaşinqtonun İran və İraq arasında şiə zəvvarlarını daşıyan bəzi aviareysləri müvəqqəti olaraq sanksiyalardan azad etmək imkanını nəzərdən keçirdiyini bildirmişdi.