Tramp İranla danışıqlar aparıldığını açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp İsrailin "Channel 12 News" telekanalına açıqlamasında bildirib.

D.Tramp qeyd edib ki, vasitəçilərin xahişini nəzərə alaraq Tehranla danışıqlara şans verib:

"Danışıqlara çox az vaxt verirəm. Əgər nəticə verməsə, yenidən çox şiddətli döyüşlərə qayıdacağıq".