Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi

ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmanın davam etməsinin ciddi iqtisadi nəticələr doğura biləcəyini bildirib.

APA xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Görmək istəmədiyim bir şey var idi – iqtisadi fəlakət. Müharibə davam etsəydi, belə bir vəziyyət yarana bilərdi”, – deyə Tramp vurğulayıb.

Ətraflı

Onun sözlərinə görə, ABŞ və İran arasında əldə olunan razılaşma məhz belə risklərin qarşısını almağa imkan verib.