ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün razılaşmanın hələ tam şəkildə yekunlaşdırılmadığını bildirib.
APA xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
“Əgər İranla saziş bağlasam, bu yaxşı və düzgün saziş olacaq. Bu, Barak Obamanın İranı böyük məbləğdə pulla təmin edən və ona nüvə silahına gedən yolu açan sazişi kimi olmayacaq”, - Tramp qeyd edib.
ABŞ lideri bildirib ki, hazırkı danışıqlar üzrə yekun sənəd hələ formalaşmayıb:
“Bizim sazişimiz bunun tam əksidir. Amma onu heç kim görməyib, heç kim nədən ibarət olduğunu bilmir. Çünki o, hələ tam razılaşdırılmayıb”.