Tramp: İsraili Livanla atəşkəsə şəxsən mən razı saldım

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail rəhbərliyini Livanla yeni atəşkəsə razı salmaq üçün şəxsən telefon danışığı aparıb.

Bu barədə "NBC News" məlumat yayıb.

“Bu müsbət hadisədir. Tortun üzərindəki albalı kimidir”, – deyə Tramp bildirib.

O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə şəxsən danışıb-danışmadığını açıqlamayıb.

“Mən həmişə Bibi ilə yaxşı münasibətdə olmuşam. Sadəcə bəzən sakitləşmək və ağlı işə salmaq lazımdır”, – deyə ABŞ prezidenti əlavə edib.