ABŞ Prezidenti Donald Tramp külək turbinlərinin milyonlarla quşu öldürdüyünü bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp "Onlar milyonlarla quş öldürürlər" yazıb və mesajına külək turbininin yaxınlığında quş sürüsünün fotosunu əlavə edib. Başqa bir paylaşımda o, həmçinin qartalların tez-tez onlarla toqquşmadan öldüyünü qeyd edib və külək elektrik stansiyalarından birində ölü quşun fotosunu əlavə edib.
Tramp əvvəllər dəfələrlə yaşıl enerjini tənqid edib və ABŞ-də kömürlə işləyən elektrik stansiyalarının və nüvə elektrik stansiyalarının genişmiqyaslı tikintisini bərpa edəcəyinə söz verib. Dekabrın sonunda Amerika lideri elektrik enerjisi qiymətlərini aşağı salmaq və inflyasiya ilə mübarizə aparmaq üçün növbəti 12 ay ərzində 1600 elektrik stansiyası tikəcəyinə söz verib.