“Müharibə yalnız İranın təslim olması ilə bitəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp həmçinin ABŞ-nin hələ İrana tam güclə hücum etmədiyini bildirib.
Prezident əlavə edib ki, davam edən münaqişəyə baxmayaraq, ABŞ-nin İranın mülki infrastrukturunu hədəf almamasına üstünlük verərdi:
“Mən ABŞ-nin İran körpülərini və elektrik stansiyalarını hədəf almamasını istərdim. Elə bir durum yarana bilər ki, İran xalqı içməyə su tapa bilməz, mən bunu etmək istəmirəm”.