Tramp mürgülədi və sonra cibindən konfet çıxarıb Vensə də təklif etdi - FOTO

  • Dəfn mərasimindəki görüntülər müzakirələrə səbəb oldu

ABŞ Prezidenti Donald Trampın Respublikaçı siyasətçi Lindsey Graham üçün təşkil olunan dəfn mərasimində kameraya düşən görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunub.

Sherg.az xəbər verir ki, mərasim zamanı Trampın bir neçə dəfə mürgülədiyi iddia edilən kadrlar və sonradan cibindən konfet çıxarıb vitse-prezident Ceyms Devid Vens də təklif etdiyi anlar diqqət çəkib.

Sosial şəbəkə istifadəçilərinin bir qismi bu davranışı tənqid edərək Trampın vaxtilə rəqibi Joe Bidenı "Yuxucu Co" adlandırmasını xatırladıb. Digərləri isə kilsədə uzun mərasim zamanı mürgüləməyin adi hal olduğunu bildirib.

Ağ Evin sözçü müavini Devis İnql isə yayılan iddialara cavab verərək Trampın yaxın dostunun itkisi ilə bağlı dərin düşüncələrə daldığını və bunun yanlış şərh edildiyini söyləyib.