Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Çinə səfər edərək APEC sammitində iştirak edəcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Tramp bu barədə Çin lideri Si Cinpinlə görüşü zamanı danışıb.

“Biz sammitdə iştirak edəcəyik və çox məsələləri müzakirə edəcəyik”, – Tramp bildirib.

Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putin və Donald Tramp sammitə qatılacağı təqdirdə görüşərək danışıqlar aparacaq.