ABŞ Prezidenti Donald Tramp yeni prezident təyyarəsi "Air Force One" ilə ilk uçuşunu edəcək.
Sherg.az xəbər verir ki, məlumata görə, Tramp North Dakota ştatına səfər edərək Theodore Roosevelt Prezident Kitabxanasının açılış mərasimində iştirak edəcək.
ABŞ lideri ötən həftə Qətərin hədiyyə etdiyi "Boeing 747" təyyarəsini rəsmi şəkildə təqdim edib. O, bu hava gəmisini “indiyədək görünməmiş dəbdəbəyə malik uçan Ağ Ev” kimi xarakterizə edib.
Ağ Evin mətbuat katibi Olivia Vayles bildirib ki, Tramp bir gün ərzində iki dəfə tarixə düşəcək:
“Prezident Tramp yeni "Air Force One" təyyarəsinin ilk uçuşunda onun göyərtəsinə qalxacaq və daha sonra Şimali Dakota ştatına yollanaraq Teodor Ruzvelt Prezident Kitabxanasının açılışını edəcək”.
Beləliklə, bu səfər həm yeni prezident təyyarəsinin sınaq xarakterli ilk uçuşu, həm də Trampın rəsmi tədbirdə həmin təyyarədən ilk istifadəsi kimi tarixə düşəcək.