ABŞ Prezidenti Donald Tramp Venesuelanın ən böyük cinayətkar qruplaşmalarından biri hesab edilən Tren de Aragua kartelinin lideri Nino Gerreronun öldürüldüyünü bəyan edib.
Sherg.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social platformasında paylaşım edib.
ABŞ prezidentinin sözlərinə görə, onun göstərişi ilə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Nino Gerreronun gizləndiyi evə zərbə endirib.
Tramp bildirib ki, "Tren de Aragua" və digər narkokartellər uzun illərdir ABŞ vətəndaşlarına qarşı fəaliyyət göstərir və təhlükə yaradır.
O qeyd edib ki, əməliyyat Venesueladakı tərəfdaşlarla sıx koordinasiya şəraitində həyata keçirilib.
“Bu əməliyyatdan sonra "Tren de Aragua" terrorçularının nə Venesuelada, nə də başqa bir yerdə etibarlı sığınacağı qalmayıb. Biz bu qatil və narkobaronları harada olsalar tapacaq və layiq olduqları yerə göndərəcəyik”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, "Tren de Aragua" Venesuelanın ən böyük cinayətkar qruplaşması və Latın Amerikasının ən iri transmilli kartellərindən biri hesab olunur.
Kartellə əməkdaşlıq ittihamı Venesuela Prezidenti Nicolas Maduro barəsində irəli sürülən ittihamlar arasında da yer alıb.