Trampın elan etdiyi razılaşma sual altındadır: “Hələ yekun razılaşma yoxdur”

Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbələr endirməməsi ilə bağlı hələlik yekun razılaşma əldə olunmayıb.

Axar.az xəbər verir ki, bunu “Faynənşl Tayms” jurnalisti Kristofer Miller X hesabında yazıb.

Onun sözlərinə görə, Tramp məsələ ilə bağlı hadisələri qabaqlayıb. Miller Kiyevdəki məlumatlı mənbələrə istinadən bildirib ki, tərəflər hazırda razılaşmanın bəzi detalları üzərində işləyirlər, lakin yekun sənəd yoxdur.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə zərbələri dayandırmaq barədə razılığa gəldiyini açıqlamışdı.