
Trampın Rusiya-Ukrayna müharibəsinə özünəməxsus yanaşması mövcuddur -POLİTOLOQ
Yusif Nəzərli
12:32 10.11.2024
Dünya
783
Donald Tramp Ukrayna münaqişəsinin həllində Rusiya Prezidenti Vladimir Putinlə əməkdaşlıq edərsə, NATO və Qərb təhlükəsizlik sistemini qaranlıq gələcək gözləyir. Bunu “Blumberq”in yazarı Maks Qastinqs deyib. O bildirib ki, Avropa 1941-ci ildən bəri heç vaxt olmadığı qədər ABŞ-dan daha da uzaqda yeni həyata hazırlaşır. Ümumi mənzərə aydındır: Donald Tramp Vladimir Putinlə Ukrayna problemini həll etmək üçün verdiyi sözə əməl etsə, NATO və Qərbin kollektiv təhlükəsizliyinin gələcəyi qaranlıqdır. Co Bayden Avropanın təhlükəsizliyinin ABŞ-ın həyati maraqları arasında olduğuna inanan Ağ Evin sonuncu rəhbəri olacaq.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Donald Trampın Rusiya-Ukrayna müharibəsinə özünəməxsus yanaşması mövcuddur:

“Donald Trampın hakimiyyətə gəlmədən öncə verdiyi açıqlamalar və vədlərdə sözügedən problemlə bağlı özünəxas yanaşmalarının olduğunu vurğulamışdı. Co Bayden və demokratlardan fərqli olaraq Donald Tramp inanır ki, Rusiya və Ukrayna arasında kompromisi həll etmək üçün durmadan Ukraynanı silahlandırmaq yerinə Rusiya ilə də danışıqlar aparmaq lazımdır. Trampın bu yanaşması çox rasionaldır. Çünki Tramp fərqindədir ki, Rusiyayla hansısa anlaşmalar əldə etmədikcə Ukraynanı silahlandırmaq nəticəsiz qalacaq. Həmçinin əhali və ərazi baxımından Ukrayna Rusiya ilə rəqabət aparacaq vəziyyətdə deyil. Belə olan halda isə Ukranyaya maliyyə və hərbi yardımların sonsuz şəkildə davam etməsinin gələcəkdə Amerika və NATO əhalisi tərəfindən narazılıqla qarşılanacağını Tramp başa düşür. Digər tərəfdənTramp birinci prezidentliyi dövründə də Rusiya ilə konfrantasiyanı dərinləşdirməmişdi. Eyni zamanda Tramp siyasətlə məşğul olmadığı dövrlərdə də Rusiya elitasıyla normal münasibətlərə malik idi. Bu gün Trampın Rusiya-Ukrayna müharibəsindəki rasional mövqeyini qəbul etməyən Bayden və demokratlara yaxın olan ekspertlər ona qarşı dezinformasiya kampaniyası həyata keçirməyə çalışırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı