Türkiyə Gürcüstana yeni səfir təyin edib

Ali Kaan Orbay Türkiyənin Gürcüstana yeni səfiri təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

A.K.Orbay təyinatdan öncə Türkiyənin Avstriyadakı səfirliyində I katib vəzifəsində çaışıb. O, yeni vəzifədə Fatma Ceren Yazqanı əvəzləyib.

Qeyd edək ki, F.C.Yazqan 2017-ci ildən Türkiyənin Gürcüstandakı səfiri olub.