Türkiyə İtaliyadan vertolyot alınmasını dayandırıb
09:04 11.04.2021
Dünya
476
Türkiyə Silahlı Qüvvələri üçün İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan təlim vertolyotlarının alınmasını dayandırıb.
APA-nın “La Repubblica” qəzetinə istinadən verdiyi məlumata görə, bu günlərdə “Leonardo” hərbi-sənaye konsorsiumundan 70 milyon avro dəyərində vertolyotların alınmasını nəzərdə tutan sazişin imzalanması planlaşdırılsa da, Türkiyə tərəfi İtaliya Baş naziri Mario Draqinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qalmaqallı bəyanatı fonunda sazişin imzalanmasını müddətsiz təxirə saldığını bildirib.
Türkiyənin İtaliyadan alacağı “AW169” təlim vertolyotları köhnə “Agusta-Bell 206” vertolyotlarını əvəzləməli idi.
“La Repubblica” diplomatik qalmaqal səbəbindən bir sıra iqtisadi layihələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın təhlükə altında qaldığını yazıb. Ankara rəsmi Romanın üzr istəməsini gözləyir.
Qeyd edək ki, İtaliya Baş naziri Mario Draqi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ankaraya səfər zamanı alçaq stulda oturması ilə bağlı Türkiyə Prezidentinin ünvanına diplomatik etikadan kənara çıxar ifadə işlədib. Sonradan Ursula fon der Lyayenlə bağlı qalmaqalın səbəbkarının Türkiyə deyil, Avropa İttifaqı daxilində rəhbər şəxslər arasında çəkişmə olduğu üzə çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol