
Türkiyədə barış rüzgarı əsir
03:00 07.06.2024
Dünya
468
Ərdoğanın müxalifətlə əsas mövzusu konstitusiya dəyişiklikləridir
Əsas sual odur ki, yeni konstitusiya bu dövrü sıfırlayıb, prezidentə yenidən seçilmə şansı yaradacaq, yoxsa yox
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ partiyanın keçmiş sədri Meral Akşeneri qəbul edib. 40 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib. Görüşdən sonra açıqlama verilməyib. Qeyd edək ki, Meral Akşener İYİ Partiyasının qurucusu və ilk sədridir. O, aprel ayının əvvəlində partiya sədrliyinə namizəd olmayıb. Onun əvəzinə Müsavat Dervişoğlu sədr seçilib. Qurultaydan sonra Akşenerin siyasətdən getdiyi barədə xəbərlər yayılmışdı. Ərdoğan-Akşener görüşü Türkiyə daxilində bir çoxları üçün “sürpriz” olub. Türkiyənin siyasi kuluarlarında ciddi rezonans doğurub. İYİ partiya rəsmiləri görüşün partiya adından deyil, fərdi qaydada baş tutduğunu bildiriblər. Mətbuatda bir çox iddialar yayılıb. Türkiyə prezidentinin Akşenerə vəzifə təklif etdiyi də yayılan iddialar arasındadır. Lakin əksər mediada görüşün məsləhətləşmə xarakterli olduğu bildirilir. Partiya daxilində Akşenerə yaxın olan şəxslər Ərdoğanla Akşenerin tanışlığının çox keçmişə dayandığını və təcrübəli siyasətçi kimi onun belə görüşlər keçirməsinin normal qarşılanması lazım olduğunu bildiriblər. M.Dervişoğlu jurnalistlərə verdiyi açıqlamada Akşenerin Ərdoğanla görüşdən sonra ona zəng etdiyini bildirib: "Hörmətli sədrimiz səfərdən sonra mənə zəng edərək məlumat verdi. Ümumi olaraq Türkiyə haqqında danışdıqlarını bildirdilər". Bəzi partiya rəsmiləri Akşenerin keçmişdə daxili işlər naziri və Türkiyə Böyük Millət Məclisinin sədr müavini vəzifələrində çalışdığına diqqət çəkərək, sədrlikdən getməsinin siyasətdən tamamilə ayrılacağı anlamına gəlmədiyini vurğulayıblar. Bir sıra KİV-lərdə Ərdoğanın “yeni konstitusiya, normallaşma prosesi” ilə bağlı Akşenerdən töhfə istəyə biləcəyi iddia edilir. Məlumat üçün bildirək ki, Ərdoğanla ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının yeni sədri Özgür Özel arasında da görüş keçirilib.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyənin iqtidar partiyası ilə müxalif siyasətçilərin görüşü qəribə qarşılanmamalıdır. Partiya təmsilçisi qeyd edib ki, son dönəmdə Türkiyədə hakim partiya ilə müxalifət düşərgəsi arasında gərginlik yaranmışdı:
"Əsasən də Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğlunun partiya sədri olduğu zamanda gərginlik müşahidə olunurdu. Amma cənab Ərdoğan hətta baş nazir olduğu dövrdə belə müxalifət liderləri ilə görüşlər keçirib, müxtəlif məsələlərin müzakirəsini aparıb. Yeni dönəmi isə yumşalma mərhələsi kimi də dəyərləndirirlər. Türkiyə siyasətində yumşalma dövrünün başlandığını deyirlər. Əlbəttə, belə təmaslarda bir çox məsələlər müzakirə olunur. Amma şübhəsiz, əsas mövzu konstitusiya dəyişiklikləridir. Çünki həm iqtidar, həm də müxalifət mövcud konstitusiyadan narazıdır. Hər iki tərəf bunu "darbe", yəni hərbi çevriliş "ana yasası" adlandırırlar. Yəqin ki, mütəmadi görüşlər nəticəsində ortaq məxrəcə gələrək yeni sivil konstitusiyanın yazılması məsələsi gündəmə gələ bilər. Burada əsas məsələ odur ki, cənab Ərdoğanın ikinci prezidentlik dövrüdür. Ondan sonra namizəd ola bilməz".
N.Cəfərliyə görə, başqa məsələlərlə yanaşı, əsas sual odur ki, yeni konstitusiya bu dövrü sıfırlayıb, prezidentə yenidən seçilmə şansı yaradacaq, yoxsa yox:
"Böyük ehtimal bu məsələ də görüşlərin müzakirə predmetidir. Amma Türkiyənin yeni konstitusiyaya ehtiyacı var. Ola bilər ki, gücləndirilmiş parlamentar sistemə keçid baş versin. Prezidentlik üsul-idarəsinin müəyyən nəticələri olsa da, iqtisadiyyatda gözlənilən effekti vermədi. Türk lirəsinin dəyərdən düşməsi, inflyasiyanın yüksəlməsi mövcud sistemdə problemlər olduğunu üzə çıxartdı. Yeni sistemə keçidin vacibliyi yaranıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media