Türkiyədə məktəbə silahlı hücum olub, bir nəfər ölüb, 6 yaralı var - YENİLƏNİB

Türkiyədə məktəbə silahlı hücum nəticəsində bir nəfər ölüb.

NTV-nin xəbərinə görə, bu barədə Kahramanmaraş valisi bildirib.

***

15:04

Türkiyədə məktəbə silahlı hücum olub.

NTV-nin xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib.

Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.