Polşanın Baş naziri Donald Tusk Qdansk şəhərində Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüş keçirəcəyini bildirib.
Sherg.az xəbər verir ki, Tusk "News.Live" telekanalına açıqlamasında qeyd edib ki, görüş konfransın açılış sessiyasından sonra baş tutacaq.
"Ukraynanın Baş naziri ilə görüşəcəyik. Bütün məsələləri müzakirə edəcəyik", - deyə o vurğulayıb.
Qeyd olunur ki, Ukrayna ilə bağlı konfrans və Kiyev rəsmiləri ilə danışıqlar Polşa-Ukrayna münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf edir. Buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə UPA-nın adının verilməsi ilə bağlı qərardır.
Məlumata görə, Zelenski Qdanskda keçiriləcək tədbirdə iştirak etməyəcək. Həmçinin onun həyat yoldaşı Olena Zelenska da konfrans çərçivəsində planlaşdırılan səfərini ləğv edib.