Ukrayna lideri Rusiyaya ərazi güzəştindən imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya ərazi güzəştindən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiya parlamenti sədrinin müavini Tibor Qaspar Rusiya mediasına bildirib.

Qaspar Rusiya-Ukrayna müharibəsinin bu il başa çatmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib:

“Görünən budur ki, Zelenski ərazi itkisini rədd edir, bu, gələcək münasibətlər üçün kifayət qədər ciddi şərtdir”.