Ukrayna müharibəsi...
Yusif Nəzərli
04:36 15.04.2022
Dünya
906
Çox amansız şəkildə və uzun müddət davam edəcək
"Böyük meydan müharibəsi isə Ukrayna üçün ağır nəticələr doğura bilər"
“ABŞ və Avropanın son bir həftədə Ukraynaya ayırdığı silah və texnikanın siyahısına və funksiyalarına baxmaq kifayətdir ki, bu mühairbənin çox amansız şəkildə və hələ uzun müddət davam edəcəyi aydın olsun”.
Bu barədə araşdırmaçı-jurnalist, siyasi şərhçi Kənan Rövşənoğlu deyib. Ekspert bildirib ki, Amerika 1960-70-ci illərdə Vyetnamda bütün Şərq bloku ilə savaşırdı: “SSRİ 1979-89-cu illərdə yalnız əfqanlarla deyil, Qərb və müsəlman aləmi ilə vuruşurdu.
İndi də Rusiya Ukraynada yalnız Ukrayna ilə deyil, bütünlüklə Qərblə vuruşur. Bu müharibə Rusiya üçün ağır nəticələr verəcək, üstəlik, hər keçən gün nəticələr daha da ağırlaşır. Hətta qazansa belə bu, "Pir qələbəsi" olacaq. Nəzərə almaq lazımdır ki, Ukraynaya yeni silahlar hər gün gəlir və üstəlik, yazın gəlməsi ilə yaşıllıq partizan müharibəsi üçün daha əlverişli şərait yaradır.
Nizami orduların dünya təcrübəsində partizan müqavimətini qırması nadir hallarda, özü də ağır itkilərlə mümkün olur. Ukraynada isə bu çox çətin olacaq. Belə anlaşılır ki, ruslar indi Ukraynanı böyük meydan müharibəsinə çəkmək və burda ağır məğlubiyyətə uğratmaqla hərbi və psixoloji üstünlüyü təmin etməyə çalışırlar. Bu, rusların cəbhədə vəziyyəti dəyişmək üçün yeganə ümid yeridir.
Amma Ukrayna tərəfi hələlik bu böyük toqquşmadan yayınmağa çalışır. Çünki bu şəkildə aparılan mühairbə Ukrayna üçün əlverişlidir, böyük meydan müharibəsi isə Ukrayna üçün ağır nəticələr doğura bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı